Aran iqtisadi rayonunda sahibkarlara bugünədək 581 mln. manat güzəştli kreditlər verilib

16.05.2019,17:30


16 may, Fineko/abc.az. Ağcabədi rayonunda keçirilən işgüzar forumda  İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, qeyd edib ki, bu ilin ötən dövründə 378 sahibkarın ümumi dəyəri 158 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 38,7 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1400-dən çox iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.

Qeyd edək ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə 581 milyon manat güzəştli kredit verilib.