Azərbaycan və ABŞ qeyri-neft sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər

17.05.2019,12:43


17 may, Fineko/abc.az. Azərbaycan və ABŞ bu gün iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edirlər.

ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının IV iclasında ABŞ-in dövlət katibinin köməkçisinin birinci müavini Peter Haas bildirib ki, Azərbaycanla ABŞ arasında enerji sahəsində güclü əməkdaşlıq qurulub.

"Azərbaycanla ABŞ arasındakı əlaqələri daha da möhkəmləndirəcək qeyri-neft sahəsində əməkdaşlığın inkişafı üçün imkanlar var", - deyə P. Haas bildirib.