Bazar ertəsi günü neft bahalaşır, Azeri Light isə cümə günü ucuzlaşdı

10:10 - 20.05.2019


20 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,73 ABŞ dolları və yaxud 0,95% düşərək bir barelə 75,97 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 17-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,11 dollar (0,17%) yüksələrək bir barelə 62,76 dollar təşkil etmişdir. 

“WTI” markalı neftin iyun fyuçersi bazar ertəsi günü saat 09:15-də 0,80 dollar (1,27%) artaraq 63,56 dollar/barelə təşkil etmişdir.

Cümə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,41 dollar (0,56%) yüksələrək bir barelə 72,21 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri bazar ertəsi günü saat 09:15-də 0,96 dollar (1,33%) artaraq bir barelə 73,17 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər