“Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda konfrans işə başlayıb

11:11 - 20.05.2019


20 may, Fineko/abc.az. Mayın 20-də Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirir.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı problemli kreditlərin həlli üzrə beynəlxalq təcrübəni və Azərbaycan modelini müqayisə edərək bildirib ki, Koreya Aktivlərin İdarəedilməsi Fondu (KAMCO) tərəfindən 1997-ci il Asiya Maliyyə Böhranının neqativ nəticələrini həll etmək məqsədilə Problemli Kreditlərin İdarəedilməsi Fondu yaradılıb.

Onun sözlərinə görə, avropada problemli kreditlərin həlli üzrə strategiya aşağıdakı istiqamətlərdə aparılır: Bankların daxili tədbirlərini gücləndirmək, toksik aktivlər üçün bazarı inkişaf etdirmək, məlumat assimetriyasının qarşısını almaq və aktivlərin idarə edilməsinə cavabdeh qurum yaratmaq, toksik aktivləri üçüncü tərəfə transfer etmək (birbaşa investorlar, aktivlərin idarə edilməsinə cavabdeh qurum və sair) və nəzarət orqanını gücləndirmək.

Konfrans çərçivəsində bir sıra ölkələrin problemli kreditlərə dair yanaşmaları səsləndirilib.

Bütün xəbərlər