Kiçik və orta biznesin inkişafında ictimai şuraların roluna dair müzakirələr aparılıb

11:31 - 20.05.2019


20 may, Fineko/abc.az. Mayın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda forum keçirilib.

Forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə KOBİA tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərin və həyata keçirilən tədbirlərin, agentlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edib.

Diqqətə çatdırılıb ki, İctimai Şura qurumda ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət arasında əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

 

Bütün xəbərlər