Növbəti hərraca 15 səhmdar cəmiyyəti çıxarılacaq

11:45 - 20.05.2019


20 may, Fineko/abc.az. İyunun 18-də Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Dövlət Komitəsinin məlumatında deyilir ki, hərraca 98 obyektin yerləşdirilməsi nəzərdə tutulur. Bu dövlət əmlaklarından 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.

Budəfəki hərraca səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənayə sektorlarına aiddir. Onlar arasında “Anar”, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.

Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələri paytaxtda, Abşeron rayonunda və Gəncə şəhərində yerləşir.

Bütün xəbərlər