Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüş keçirib

14:11 - 20.05.2019


20 may, Fineko/abc.az. Goranboy rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib.

Kənd təsərrüfatı naziri İnam Kərimov fermerlərlə görüşdə çıxış edərək bildirib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun aparıcı sahəsi elan edilib: “Dövlət tərəfindən kənd təsərrüfatına çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Nazir kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

 

Bütün xəbərlər