Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı xəttinə əlavə avtobuslar buraxılacaq

14:34 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, mayın 29-da Bakıda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa maraq yüksək olduğuna görə, xarici ölkələrdən çox sayda azarkeşlərin Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, DATX Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair qərar verib.

Beləki, mayın 27-31-də mövcud "Bakı-Tbilisi-Bakı" marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

Eyni zamanda, regionlardan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq.

Bütün xəbərlər