Cari ildə bank və kredit təşkilatlarının kredit portfeli 13 mlrd. 58 mln. manat təşkil edib

14:46 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verilir ki, aprelin 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 58 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 10 milyard 439,7 milyon manatı və ya 79,9 faizi uzun müddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1558 milyon manat olub və ümumi kredit portfelinin 11,9 faizini təşkil edib.

 

Bütün xəbərlər