Bu gecə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

15:02 - 20.05.2019


20 may, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən,  bu  gecə saat 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.

Buna görə, sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bütün xəbərlər