Əhali banklardakı əmanətlərin 60,5 faizini xarici valyutada saxlayır

15:20 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, banlardakı əmanətlərin 60,5 faizi xarici, 39,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,9 faiz, xarici valyutada əmanətlər isə 2,8 faiz artıb.

Aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 8 milyard 339,1 milyon manat təşkil edib.

Bütün xəbərlər