Metallurgiya sənayesində 16,7 faiz azalma müşahidə olunub

16:37 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-aprel aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 224,8 milyon manatlıq məhsul istehsal edilib.

Hazır metal məmulatlarının istehsalı sahəsində 4,8 faiz artım, metallurgiya sənayesində 16,7 faiz azalma müşahidə olunub.

Həmin dövr ərzində sahə üzrə 4418,1 ton (72,6 faiz çox) qara metallardan digər konstruksiyalar, 13,1 min ton (17,1 faiz çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilib.

 

Bütün xəbərlər