Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin tikintisi üçün 20 mln. manat ayrılıb

17:08 - 20.05.2019


20 may, Fineko/abc.az. Prezident Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin tikintisi üçün sərəncam imzaladı.

Prezident İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 145 000 manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılması barədə Sərəncam imzalayıb.

 

Bütün xəbərlər