Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,8 faizi sənaye sahəsinə sərf edilib

17:21 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,8 faizi sənaye, 21,3 faizi tikinti, 14,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi isə informasiya və rabitə sahəsinə sərf edilib.

Vəsaitin 2,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,9 faizi təhsil, 1,4 faizi səhiyyə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri, peşə, elmi və texniki fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi maliyyə və sığorta fəaliyyəti sahələrinə sərf olunub.

Bütün xəbərlər