Mikayıl Cabbarov: “Ticarət sektoru üzrə dövriyyə 24% artıb”

17:26 - 20.05.2019


20 may, Fineko/abc.az. Ötən illə müqayisədə vergi yığımlarının əhəmiyyətli şəkildə artırılmasına nail olunduğunu söyləyən vergilər naziri Mikayıl Cabbarov vergi daxilolmalarının tam əksəriyyətinin qeyri-neft sektorundan qaynaqlandığını diqqətə çatdırıb.

“Ticarət sektoru üzrə dövriyyə təxminən 24 faiz artıb. Pərakəndə ticarətdə cəmi dövriyyə təxminən 35 faiz, ictimai iaşədə isə 15 faiz təşkil edib. Bunlar çox yüksək rəqəmlərdir. Qeyri-neft sektorunda rəsmiləşdirilmiş əmək müqavilələrinin sayı bu ilin ilk 4 ayında 58 min artıb. Bunlar əyani göstərir ki, atılan addımlar öz effektini verməkdədir”.

Bütün xəbərlər