Xarici ölkə sərmayədarları tərəfindən əsas kapitala 82,5% vəsait yönəldilib

17:43 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, cari ilin yanvar-aprel aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 196,8 milyon manat vəsait yönəldilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 987,2 milyon manatı (82,5 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

 

Bütün xəbərlər