Mərkəzi Bank “Tədiyə balansı” haqqında animasiya hazırlayıb

11:11 - 21.05.2019


21 may, Fineko/abc.az. Mərkəzi Bankın əhali arasında maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi öz elektron resursu - “Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni “Tədiyə balansı” haqqında animasiya yerləşdirmişdir. Müxtəlif hədəf qrupların maarifləndirilməsi məqsədilə hazırlanmış animasiyada nümunələr əsasında müəssisə, təşkilat və ailələrin il ərzində xarici ölkələrlə apardığı iqtisadi əməliyyatların uçota alındığı tədiyə balansı haqqında məlumatlar verilir.

Keçid linki: https://bizimpullar.az/video-126 olan animasiyanın hazırlanmasında əsas məqsəd tədiyə balansı anlayışını izah etməklə, onun strukturu və formalaşması barədə hədəf qruplarını məlumatlandırmaq və bu sahədə savadlılığı artırmaqdır.

 

Bütün xəbərlər