Bu il səyyar vergi yoxlamaları 3 dəfə azalıb

11:15 - 21.05.2019


21 may, Fineko/abc.az. Ötən il 2017-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı təxminən 3 dəfə azalıb. Bu ilin birinci rübündə də 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3 dəfə az səyyar vergi yoxlaması keçirilib.

Bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə bütün bunlara baxmayaraq, vergi plan-proqnozlarının icrasının artıqlaması ilə yerinə yetirildiyini vurğulayıb: “Bu, o deməkdir ki, dövlətə inam var, biznesdə şəffaf işləməyə üstünlük verilir. Biz bu şəraiti yaratmaqda davam edəcəyik”.

Nazir, həmçinin qeyd edib ki, vergiödəyicilərinin hüquqlarının hərtərəfli qorunmasını təmin etmək üçün bu yaxınlarda Vergilər Nazirliyinin nəzdində Vergi Ombudsmanı İnstitutu yaradılıb: “Şəffaflığın təmin olunması prioritet məsələdir və bu mənada biz öz tərəfimizdən asılı olanı edirik”.

Bütün xəbərlər