Samir Şərifov: “Xarici valyutada olan dövlət borcunu azaldaraq milli valyutada olan dövlət borcu ilə əvəzləmək nəzərdə tutulur”

12:04 - 21.05.2019


21 may, Fineko/abc.az. Maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycanda daxili borc bazarının inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahədə əsas məqsədimiz, xarici valyutada ifadə olunmuş dövlət borcunu azaldaraq onu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdən ibarətdir.

Bu, Azərbaycanın borc sahəsində dayanıqlılığını xeyli artıracaq, eyni zamanda, dünya bazarlarında hər hansı xarici şoklara müqaviməti xeyli möhkəmləndirəcək", - deyə S.Şərifov qeyd edib.

Bütün xəbərlər