Bu günə qədər Neft Daşlarından 175 mln. tondan çox neft hasil olunub

12:21 - 21.05.2019


21 may, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında, bu günə qədər Neft Daşlarındakı yataqlardan 175 milyon tondan çox neft və 13 milyard 551 milyon kubmetr təbii qaz hasil olunduğu qeyd edilir.

Qeyd edək ki, “Neft Daşları” 1949-cu ildən istismardadır. Həmin il noyabrın 7-də burada 1 saylı quyu istismara verilib. “Neft Daşları” dünyada dənizdə qurulan ilk neft platforması kimi Ginnesin Rekordlar kitabına düşüb.

 

Bütün xəbərlər