Problemli kreditlərlə bağlı işlər mayın sonunadək yekunlaşacaq

12:33 - 21.05.2019


21 may, Fineko/abc.az. Maliyyə naziri Samir Şərifov problemli kreditlərin həlli ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, bu məsələ ilə nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək yekunlaşacaq. Söhbət ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir.

Nazir bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb. Bu işlərin mayın 28-dək başa çatdırılması planlaşdırılır.

 

Bütün xəbərlər