2018-ci il PAŞA Bankın aktivləri 32% artıb

14:15 - 21.05.2019


21 may, Fineko/abc.az. PAŞA Bank 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsidir. Bank aktivlərini yüksək likvidlik və yarı-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin etmişdir.

 Bank 548,009 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır (2017: 499,149 min manat). İl sonu etibarilə  Bankın cəmi aktivləri 5,209,364 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artmışdır (2017: 3,958,415 min manat).

Bütün xəbərlər