Azərbaycanda ticarət əməliyyatlarının həcmi 11 mlrd. dollar təşkil edib

21.05.2019,14:39


21 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard 639 milyon 281 min ABŞ dolları təşkil edib.

Ticarət əməliyyatlarının ümumi həcminin 4 milyard 549 milyon 421 min dolları idxalın, 7 milyard 89 milyon 959 min dolları isə ixracın payına düşüb.