“Səngəçal” Elektrik Stansiyasında itirilmiş 62 meqavat güc bərpa edilib

15:08 - 21.05.2019


21 may, Fineko/abc.az. “Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında (ES) da itirilmiş gücün bərpa olunması istiqamətində işləri davam etdirir.

“Azərenerji” ASC-dən verilən məlumata görə “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” ES üzrə itirilmiş gücün bərpası 62 meqavata çatdırılıb.

Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat itirilmiş güc bərpa olunacaq və nəticədə, Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlılığı və dayanıqlılığı üçün daha bir addım atılmış olacaq.

Bütün xəbərlər