PAŞA Bankın ötən il üzrə faiz gəlirləri 229,566 min manat təşkil edib

15:23 - 21.05.2019


21 may, Fineko/abc.az. PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə bank 2018-ci maliyyə ili üçün 74,053 min manat xalis mənfəət (2017: 89,092 min manat) elan etmişdir.

Eyni dövr üçün toplam əməliyyat gəlirləri 214,162 min manat olmuşdur ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur (2017: 194,340 min manat). Bankın faiz gəlirləri 229,566 min manat, qeyri-faiz gəlirləri 39,268 min manat təşkil etmişdir. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 23% olmuşdur.

Bütün xəbərlər