Güzəştli şərtlərlə pensiya alan vətəndaşlar üçün Qəbul Mərkəzi istifadəyə verilib

16:21 - 21.05.2019


21 may, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində yeni və müasir Qəbul Mərkəzi istifadəyə verilib.

Mərkəz “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi üzrə pensiya hüququ yaranan şəxslərə xidmət göstərir. Onların sırasına hərbi və xüsusi rütbəli şəxslərlə yanaşı, dövlət qulluqçuları, həmçinin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışmış şəxslər daxildir.

Qəbul Mərkəzində güzəştli şərtlərlə pensiya hüququ olanların müraciətlərinə baxılması, suallarının cavablandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün zəruri şərait yaradılıb.

 

Bütün xəbərlər