Dövlət Sığorta Kommersiya Şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

10:44 - 22.05.2019


22 may, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin qərarına əsasən, bu gündən etibarən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə icazə verilib.

Bu barədə İSB-dən məlumat verilib.

Qeyd edək ki, İcbari Sığorta Bürosu Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin qərarına əsasən, mayın 17-dən Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırmışdı.

 

Bütün xəbərlər