AMB qısamüddətli notları tam həcmdə yerləşdirmədi

11:25 - 22.05.2019


22 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 21 may  tarixində AMB AZ0106009753 dövlət nömrəli, 15 milyon manat həcmində, 1092 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

7 investor tərəfindən qiymət intervalı 96.7165 AZN (10.3%) və 100 AZN (9%) olan 10 sifariş təqdim edilmişdir.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 97.7120  (9.9001%), orta ölçülmüş qiyməti 98.2212 (9.6975%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,752,9 min AZN yerləşdirilmiş həcmi isə 14,202 min AZN təşkil edilmişdir.

 

 

Bütün xəbərlər