Neftin qiymətləri azalır

11:26 - 22.05.2019


22 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,67 ABŞ dolları və yaxud 0,89% enərək bir barelə 74,86 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 21-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,06 dollar (0,13%) azalaraq bir barelə 63,13 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi çərşənbə günü saat 09:15-də 0,55 dollar (0,87%) enərək 63,34 dollar / barelə təşkil etmişdir.

Çərşənbə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,21 dollar (0,29%) artaraq bir barelə 72,18 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri çərşənbə günü saat 09:15-də 0,44 dollar (0,61%) enərək bir barelə 71,74 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər