Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq

12:06 - 22.05.2019


22 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik təşkil edəcək.

“Sabunçu dəmir yolu vağzalından şəhər istiqamətində avtobusla gediş haqqı 60 qəpik təşkil edirsə, Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı  50 qəpik olacaq. Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Qatar əgər tək istiqamətdə dayanmadan hərəkət edərsə bu yol 12 dəqiqəyə qət olunacaq, xətt üzrə dayanacaqlarda dayanarsa bu vaxt 15 dəqiqəyə çatacaq.” – deyə C.Qurbanov qeyd edib.

Bütün xəbərlər