Bu il Azərbaycana 85 mln. dollarlıq əczaçılıq məhsulları idxal edilib

12:20 - 22.05.2019


22 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycana 4 min 493 ton əczaçılıq məhsulları idxal edilib. Son 4 ayda idxal edilən əczaçılıq məhsullarının dəyəri 85 mln. 745 min dollar olub.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə ölkəyə 85 mln. 390 min dollarlıq 4 min 491 ton əczaçılıq məhsulları idxal edilmişdi.

Bütün xəbərlər