Yanvar-aprel aylarında ölkəyə 42 mln. dollarlıq bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib

14:45 - 22.05.2019


22 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin yadığı məlumata əsasən, bu ilin ilk 4 ayında ölkədən 5 min 125 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub.

Hesabat dövründə ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 5 mln. 500 min dollar olub.

Bundan başqa, yanvar-aprel aylarında ölkəyə 42 mln. 689 min dollarlıq 51 min 205 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

 

Bütün xəbərlər