Bu il Azərbaycan ən çox İsveçrədən məhsul idxal edib

15:24 - 22.05.2019


22 may, Fineko/abc.az. Azərbaycan cari ilin yanvar-aprel aylarında ən çox İsveçrədən məhsul idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında  bildirilir.

Belə ki, 4 ayda ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal olunub. İsveçrədən idxalın dəyəri 739 mln. 271 min dollar, Rusiyadan 660 mln. 637 min dollar, Türkiyədən isə 440 mln. 924 min dollar olub.

 

Bütün xəbərlər