Bakı Metropoliteni “Metrovaqonmaş” ASC-dən 30 ədəd vaqon alacaq

22.05.2019,15:47


22 may, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, mayın 28-də “Bakı Metropoliteni” QSC-nin nümayəndə heyəti Moskvaya səfər edəcək.

Səfər zamanı 10 vaqonun qəbulu baş tutcaq, “Metrovaqonmaş” ASC-dən 30 ədəd vaqon alınacaq. Onlardan 10-u artıq hazırdır və səfər zamanı həmin vaqonlar qəbul ediləcək.