Azərbaycandan dəyəri 2 mln. dollar olan çay ixrac olunub

22.05.2019,15:59


22 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, yanvar-aprel aylarında Azərbaycandan 420 min ton çay ixrac olunub. Hesabat dövründə ixrac edilən çayın dəyəri 2 milyon 658 min dollar olub.

Eyni zamanda, 4 ayda ölkəyə 16 milyon 688 min dollarlıq 4 min 376 ton çay idxal edilib.