Bugündən bir sıra marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək

11:06 - 23.05.2019


23 may, Fineko/abc.az. Bugündən etibarən  5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar edilib. Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.


Bütün xəbərlər