Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb

11:50 - 23.05.2019


23 may, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.

Tablolarda həm qovşaq daxilində  olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.

 

Bütün xəbərlər