AMB valyuta hərracı keçirib

12:36 - 23.05.2019


23 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“Mayın 23-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Mayın 21-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər