Azərbaycan sahibkarları “KazBuild-2019” sərgisində iştiraka dəvət edilirlər

14:56 - 23.05.2019


23 may, Fineko/abc.az. Azərbaycan sahibkarları sentyabrın 4–6-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək “KazBuild-2019” sərgisində iştiraka dəvət olunurlar.

Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) xəbər verilib.

Sərgidə sahibkarlar öz brendini və məhsullarını, eləcə də müvafiq sahədə əlaqə qurmaq üçün bazarda fəaliyyət göstərən alıcılara birbaşa çıxış imkanı əldə edəcəklər.

 

Bütün xəbərlər