Bu il daha 5 rayonda kadastr uçotu işləri yekunlaşıb

15:20 - 23.05.2019


23 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı torpaqların elektron kadastr uçotu cari ilin birinci rübündə 5 rayonda yekunlaşıb. Ümumilikdə isə 35 rayonda uçot işlər başa çatıb.

Torpaqların elektron kadastr uçotu işləri zamanı kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəriciləri də müəyyənləşir. 2019-ci ilin ilk rübündə 40 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıbdır. Ümumilikdə isə 3 milyon hektara yaxın ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib.

Cari il ərzində 2,5 milyon ha ərazinin torpaq nümunələri laboratoriya şəraitində analiz olunubdur.

 

Bütün xəbərlər