Bu il Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1,391 mlrd. manat daxil olub

16:01 - 23.05.2019


23 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi tərəfindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında komitə tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 391 milyon 858 min manat olub.

Dörd ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 314 milyon 800 min manat, əlavə dəyər vergisi üzrə 967 milyon 778 min manat, aksizlər üzrə 96 milyon 63 min manat, yol vergisi üzrə isə 13 milyon 216 min manat təşkil edib.

 

Bütün xəbərlər