Hesablama Palatası bu il dövlət büdcəsində 6 mln. manat vəsaiti bərpa edib

16:48 - 23.05.2019


23 may, Fineko/abc.az. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov açıqlamasında qeyd edib ki, bu il Palata dövlət büdcəsində 6 milyon manatdan çox vəsaitin bərpasını təmin edib.

“Bu ilin 5 ayı ərzində yol verilmiş pozuntularla bağlı 2 audit tədbiri hüquq-mühafizə orqanlarına göndərilib. Eyni zamanda, ötən il Hesablama Palatası 9 nəzarət tədbirinin nəticələrini hüquq-mühafizə orqanlarına göndərib. Buraya həm inzibati, həm də cinayət məsuliyyət yaradan hallarla bağlı audit tədbirlərinin nəticələri daxildir.

Pozuntular nəticəsində keçən il təkcə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və müəssisələrin hesabına 23 milyon manat vəsait bərpa olunub. Büdcə vəsaitinin bərpası ilə yanaşı, natural ifadədə bərpa var ki, bu, 5,5 milyon manat ətrafındadır. Bu il isə 5 ay ərzində dövlət büdcəsinə 6 milyon manatdan çox vəsaitin bərpasını təmin etmişik", - deyə V. Gülməmmədov bildirib.

Bütün xəbərlər