Mərkəzi Bankı ilə "Mastercard" arasında memorandum imzalanıb

09:44 - 24.05.2019


24 may, Fineko/abc.az. Azərbaycan Respublikası Mərkəzi Bankı və "Mastercard" təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Bankdan verilən məlumata görə, məqsəd "2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir. Qeyd olunan Dövlət Proqramı da Mərkəzi Bankın strateji tərəfdaşı qismində çıxış etmiş "Mastercard" ilə birgə "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində aparılmış geniş analitik təhlil və bazar araşdırmaları nəticəsində hazırlanıb.

Memorandumda ölkədə innovativ ödəniş alətlərinin tətbiqi, maliyyə savadlılığının artırılması, kiçik təsərrüfat subyektləri üçün ucuz ödəniş üsullarının tətbiqi, təhsil və turizm sektorunda müasir ödəniş texnologiyalarının istifadə imkanlarının araşdırılması sahələrində əməkdaşlıq ediləcəyi razılığına gəlinib.

Bütün xəbərlər