Bu il ölkəyə 2 min tondan çox süd idxal olunub

10:43 - 24.05.2019


24 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkəyə 2 min 734 ton süd idxal edilib. Dörd ayda idxal edilən südün dəyəri isə 3 milyon 768 min dollar olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə ölkəyə 3 milyon 308 min dollarlıq 2 min 269 ton süd idxal edilmişdi.

 

Bütün xəbərlər