Energetika Nazirliyində Strateji Yol Xəritəsinin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

11:28 - 24.05.2019


24 may, Fineko/abc.az. Energetika Nazirliyində “Azərbaycan Respublikasının neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə tədbirlərin icrasının təmin edilməsi məqsədilə yaradılmış İşçi qrupunun iclası keçirilib.

İşçi qrupunun sədri, nazir müavini Elnur Soltanov Strateji Yol Xəritəsində Energetika Nazirliyinin 8 tədbir üzrə əsas icraçı qismində iştirak etdiyini, 2 tədbirin icrasının başa çatdığı və 6 tədbir üzrə isə işlərin görüldüyünü diqqətə çatdırıb.

İclasda 2019-cu ildə icrası nəzərdə tutulmuş bəzi tədbirlərlə bağlı ətraflı qiymətləndirmə və təhlillərin aparılması üçün icra müddətinin uzadılması, milli iqtisadiyyatın hədəflərinə uyğun hasilat hədəflərinin müəyyən edilməsi, yanacaq bazarının tənzimlənməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, İşçi qrupuna İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Maliyyə nazirliklərinin, SOCAR, “SOCAR PETROLEUM” QSC, “SOCAR Polymer” MMC, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri daxildir.

 

 

Bütün xəbərlər