Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

24.05.2019,12:41


24 may, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki,  M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində (Hökməli dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi aparılır. Bu səbəbdən də magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-dək hərəkət məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yol kimi şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə etmələri tövsiyyə olunur.