Yeni “myGov” hökumət portalı təqdim edilib

24.05.2019,14:15


24 may, Fineko/abc.az. Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin  təşkilatçılığı ilə “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalın təqdim edilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qeyd edib ki, vətəndaşlar “myGov” portalında (www.my.gov.az) olan şəxsi kabinetlərində dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.

Ü.Mehdiyev əlavə edib ki,“myGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etməkdən ibarətdir.

 Qeyd olunub ki, portal cari ilin 1 iyun tarixindən fəaliyyətə başlayacaq.

Açar sözlər: mygov