Peşəkar mühasib sertifikatının verilməsi və sertifikat almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilib

24.05.2019,16:52


24 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.

Bununla əlaqədar Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarını imzalayıb.

Qaydalara əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi  tərəfindən həyata keçirilir. İmtahanın nəticəsi üzrə 15 gün müddətində müvafiq peşəkar mühasib sertifikatlarını verir.

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.

Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir.