Səyyar “ASAN xidmət” davam edir

11:06 - 27.05.2019


27 may, Fineko/abc.az. Səyyar ASAN xidmət dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim etməkdə davam edir.

Belə ki,  Səyyar ASAN xidmət 1 – 30 may Yevlax,  Zaqatalada,  10 may – 8 iyun Tovuzda, 29 may – 12 iyun Binə qəsəbəsində, 27 may  - 25 iyun Şirvan, Xırdalan, Füzulidə,  29 may – 27 iyun Xaçmaz, Yardımlı, Göyçay, Astarada vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Bütün xəbərlər