Depozit hərracında AMB 150 milyon manat cəlb etdi

11:56 - 27.05.2019


27 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 27 may tarixində hərracda Bank 150 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  838,6 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Bütün xəbərlər